RU

“Gündə neçə dəfə belə tora düşdüyümü desəm, inanmayacaqsınız” - Paşinyan 

“Mən Ermənistanda korrupsiyanın güclənməsindən danışmaq istəyirəm. Biz hakimiyyət nümayəndələri bəzən belə vəziyyətə düşürük: insanlar bu və ya digər məsələni həll etmək xahişi ilə rəsmi şəkildə bizə müraciət edirlər”. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bəyanatları qəbul edir, imzalayır, Nazirlər Kabinetinə paylayır, müzakirə edir və sonda məlum olur ki, məsələnin hüquqi həlli olmadığı üçün onu həll edə bilmirlər.

“Sonra təsadüfən öyrənirik ki, bizə müraciət edən və rədd cavabı alan şikayətçi deyək ki, baş nazirə yox, daha aşağı məmura, “bilikli” şəxsə müraciət edərək problemini həll edib və tamam başqa işə əl atıb”.

Paşinyan sonra əlavə edib: “Hörmətli həmkarlar, gəlin etiraf edək ki, bu, ayıbdır və biz bu məsələni ciddi şəkildə həll etməliyik”.

Paşinyanın sözlərinə görə, korrupsiya ilə mübarizənin müxtəlif üsulları var:

“İnsanlara elə gəlir ki, bu bürokratik şəbəkəyə ancaq onlar düşür, amma sizə gündə neçə dəfə belə tora düşdüyümü desəm, yəqin ki, inanmayacaqsınız”, - N.Paşinyan bildirib. 


Telegram kanalımız
Избранный
709
2
yenisabah.az

10Источники