RU

“McLaren”in rəhbəri: “Bakıdakı yarış azarkeşlər və komanda üçün həmişə maraqlı olur”

“Bakı yarışı öncəsi çox nikbinik”.

İdman.biz xəbər verir ki, bunu “McLaren” komandasının rəhbəri Andrea Stella deyib.

O bildirib ki, sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-prisi öncəsi komandasının əhval-ruhiyyəsi çox yüksəkdir: “Monzadan daha iki kubokla ayrılmışıq, Bakıda keçiriləcək Qran-prini səbirsizliklə gözləyirik. Bizim müxtəlif traslarda rəqabət aparan avtomobilimiz, ardıcıl olaraq xallar qazanan iki əla pilotumuz var. Bu baxımdan, mövsümün son üçdə birində nikbinliyə əsas var”.

Qeyd edək ki, “McLaren” pilotu Lando Norris fərdi yarışda və Konsern konstruktorları kubokunda da ikinci olub.

İdman.biz

Избранный
150
idman.biz

1Источники