RU

Azərbaycan dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurub- ÖZƏL

"Hazırda yürüdülən xarici siyasət müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın siyasi iradəsinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Yürüdülən xarici siyasət onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, siyasi-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, regional və qlobal problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. İndiyədək Azərbaycan dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurub, ölkəmizdə xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.
Azərbaycanın bu günkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimizin müəyyənləşdirdiyi siyasi kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirir. Bu siyasi kursun uğurlu nümunəsi olaraq Azərbaycan-İtalya münasibətlərini vurğulamaq yerinə düşər. Məhz cənab İlham Əliyevin sentyabrın 4-də İtalyaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürüdür".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
142
olaylar.az

1Источники