Yeni müddəaya əsasən, bəzi məhbuslar cəzasının 40%-ni çəkdikdən sonra azadlığa buraxıla bilər, baxmayaraq ki, adətən bir şəxs şərti azadlığa çıxmaq üçün cəzanın ən azı 50%-ni "çəkməlidir”.
Fiskal Tədqiqatlar İnstitutunun hesablamalarına görə, həbsxanaları və probasiya xidmətlərini idarə edən Ədliyyə Nazirliyi son 15 ildə gündəlik xərcləri real ifadədə demək olar ki, 20% azaldıb. Onun 2024-25-ci illər üçün büdcəsi 11 milyard funt-sterlinq təşkil edir ki, bu da Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin büdcəsindən aşağıdır.
Bundan əvvəl "The Daily Telegraph” yazıb ki, Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən krallığın hakimiyyət orqanları məhbusların Estoniyaya göndərilməsi imkanlarını nəzərdən keçirir. Qəzetin yazdığına görə, Britaniya həbsxanaları o qədər doludur ki, hökumət məhbusları başqa ölkələrə, xüsusən də Estoniyaya göndərməyi düşünür. İlk dəfə belə bir təşəbbüs 2023-cü ilin payızında Rişi Sunakın başçılıq etdiyi mühafizəkarların hakimiyyətdə olduğu dövrdə məlum olub.
Gülnar
www.anews.az