Rusiya Silahlı Qüvvələri iki gün ərzində Kursk vilayətində 10 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, söhbət Apanasovka, Byaxovo, Vişnevka, Viktorovka, Vnezapnoye, Qordeevka, Krasnooktyabrskoye, Obuxovka, Snaqost və 10 Oktyabr qəsəbələrindən gedir.
Qeyd olunub ki, hazırda meşə ərazilərində ukraynalı diversantların müəyyən edilməsi və məhv edilməsi davam edir.
Daşqın HəsənovMissiya.Az