RU

"Azərmaş"ın sədri zərərçəkmiş qismində məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Faiq oğlu Axundovdan hədə-qorx ilə külli miqdarda pul tələb edən Əhmədov Əhməd Tahir oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə külli miqdarda pul tələb etmə)  maddəsi ilə təqsirləndirilən şəxs Əhməd Əhmədovun məhkəmə prosesində Emin Axundov ifadə verib: "Təxminən 10 il bundan qabaq "Nikoil" bankda müdir olanda Əhməd vətəndaş kimi banka müraciət elədi və ona köməkliyimizi göstərdim, hətta 50 manatda pul qoydum cibinə. Bir dəfə də əlinə jurnal alıb gəldi dedi ki, imkan varsa mənə yenə kömək edin. Sonuncu dəfə yanıma gələndə mənim yanımda vətəndaş olduğundan qəbul edə bilmədim. Üstündən 10 il keçəndə mənə zəng etdi ki, sənin qardaşının bağında işləmişəm, sizin mənə 40 min manat borcunuz var.

Məlum oldu ki, qardaşımın Şüvəlanda bağına itə baxmaq adı ilə gedib və yerini müəyyənləşdirib, yəni itə baxıb aylıq maaş qarşılığında, həmin vaxt qardaşım Almaniyada idi, ona görə. Özü də Mərdəkanda yaşayırdı. Mən də dedim bizim heç kimə borcumuz yoxdur. Üstündən bir-iki gündən sonra dedi sənin 40 yox, 100 min borcun var. Sonra hədə-qorxu gəldi ki, sizin oğlunuz İngiltərədə oxuyur. Mən bilirəm, görərsiz nə olacaq. Bir də görürdün telefonuma lazımsız video roliklər göndərirdi. Hər dəfə mənə ayrı-ayrı nömrələrdən zəng edirdi. Sonra DİN-nin aidiyyatlı qurumuna müraciət etdim. Əsasda mənə borc məsələsi deyəndə mən artıq ötən ilin noyabr ayının 27-də  lazımi addımlar atdım.  Qəsdən onun kartına 1000 manat pul atdım. Sonra dedim 9 mində verəcəm və həmin pul verilən zaman həbs edildi"

Mən Eminin ailəsini 90-cı ildən tanıyıram. Anası Rəna xanım, atası Faiq əmidə məni yaxşı tanıyır. Mən bunlardan maşın almışam, problem çıxıb. Gəlmişəm qardaşı Eldarın yanına demişəm necə edək. O da deyib 1600 manat pul vermisən, neçə ayda lizinq vermisən, onu da qaytararam. 2017-ci ildən pulumu ala bilmədim. 2005-ci ildə qardaşı Eldara  karxana almışam, ancaq 50 min borcu qaldı. Mən özüm ev tikib satırdım. Yataq otaqlarının pəncərəsini qoyurdum şərq tərəfə ultra şualara görə. Mənim evlərim 2 aydan artıq qalmırdı, satilirdı. Qardaşı bir gün mənə dedi ki, 21 sotun içində ev almışam. Ancaq tikib qurtara bilmirəm.

Hətta yoldaşım Nərminənin qızıllarda zaloqdadır. Mənə kömək elə. Gəldim evi gördüm, dedi torpağın 500-600 min qiyməti var. İndiki durumda evə 600 min pul verirlər. Həyətində bir yara tökmüş it gördüm, dedim belə it saxlayarlar. Mən dedim Eldar mən sənə inanmıram, Eminlə də danışmırsan. Açdı telefonu gördüm Eminlə yazışması var. Mən razılaşdım, dedi ayda sənə 1500 manat maaş verəcəm. 1 il 3 ay gündə 3 dəfə gedib həmin həyətə gəlirdim. Bütün tikinti materiallarını da özüm alırdım. Eldarın mənə tək maaş kimi 47-50 min borcu var idi. Eldar 3 ay mənim evimdə yaşayıb. Qardaşı Eminin kassasından 650 min manat pul oğurlayıb. Eldar mənə öyrətdi dedi ki, de oğlun İngiltərədə yaşayır, qorxuz onda pulu verəcək. Mən Eminin ailə üzvlərini təhqir etdiyimə görə özünü qismən təqsirli bilirəm".

Təqsirləndirilən şəxsin ifadəsinə münasibət bildirən Emin Axundov dedi ki, fəhlənin bir gün pulunu verməsən sabah gəlib işləməz. 

Məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salındı.

Seymur Əli

Избранный
129
2
unikal.az

3Источники