Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinin oktyabrın sonunda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini qəbul edib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Çin prezidenti Si Cinpin dəvətinizi qəbul etməkdən çox məmnundur və təyin olunmuş vaxtda Kazana gələcək", - o bildirib.
Van İnin sözlərinə görə, iki ölkə liderləri sammit zamanı “strateji qarşılıqlı əlaqələri inkişaf etdirməyə davam edəcəklər”.
Çinki nazir sentyabrın 11-dən Rusiyada səfərdədri. Bundan əvvəl o, BRİKS ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin toplantısında iştirak edib.
Zaur
BakuPost