RU

Dünyanın ən bahalı sərnişin təyyarələri - SİYAHI

Müasir aviasiyada bahalı təyyarələr yalnız bir nəqliyyat vasitəsi kimi deyil, həm də göydə uçan saraylar kimi təsvir olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu təyyarədə keçən hər anı zövqə çevirən lüks imkanlar və innovativ texnologiyalarla təchiz edilib.

Dünyanın ən zəngin iş adamlarından və hökumət liderlərindən tutmuş kral ailələrinə qədər bir çox insan bu inanılmaz təyyarələrə sahibdir. 2024-cü ildə dünyanın ən bahalı təyyarələri siyahısında yer alan modellər yalnız qiymətləri ilə deyil, həm də onların təklif etdiyi unikal dizayn, rahatlıq və təhlükəsizliklə fərqlənir.

Ən bahalı sərnişin təyyarələrinin siyahısı belədir:

  1. Air Force One – 660 milyon dollar: ABŞ prezidentinə aid bu təyyarə dünyadakı ən bahalı təyyarədir. Onun daxilində prezidentin iş otağı, tibb mərkəzi və digər lüks imkanlar mövcuddur.

  2. Airbus A380 – 600 milyon dollar: Dünyanın ən böyük sərnişin təyyarəsi olan Airbus A380, xüsusilə Şahzadə Alvəlid bin Təllal üçün "uçan saray" olaraq adlandırılır.

  3. Airbus A340-300 – 500 milyon dollar: Bu təyyarə Rusiya milyarderi Əlişir Usmanova məxsusdur və lüks interyerlərlə təchiz olunub.

  4. Boeing 747-8 VIP – 367 milyon dollar: Bu təyyarənin sahibi bilinməsə də, lüks interyerləri və böyük sahəsi ilə seçilir.

  5. Airbus ACJ350 Custom – 366 milyon dollar: Bu təyyarə göydə ev kimi dizayn edilib və interyer dizaynı üçün əlavə milyonlar xərclənib.

Избранный
125
1
iqtisadiyyat.az

2Источники