"Opta" statistika şirkəti Çempionlar Liqasının 2024/2025 mövsümünün favoritlərini açıqlayıb.
İdman.biz xəbər verir ki, "Mançester Siti" titula əsas namizdə hesab olunub.
İngiltərə çempionunun turnirdə qələbə qazanmaq şansı 25,3 faizə bərabərdir. Növbəti yeri ÇL-in hazırki qalibi "Real" tutur. Madridlilərin uğur əldə etmək ehtimalı 18,2 faiz kimi qiymətləndirilib. "İnter" 10,9 faizlə üçüncüdür.
Qeyd edək ki, "Real" son finalda "Borussiya"ya 2:0 hesabı ilə qalib gəlib.
İdman.biz