RU

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli təxirə salmayın. Yaxın ətrafınızdakı insanların qayğısına qalın, amma öz maraqlarınızı da unutmayın.

Günün ikinci yarısında səbrli olun. Situasiya çətinləşəndə, vəziyyət qəlizləşəndə diqqətli olun. Enerjili, aktiv olun. Adi mübahisə böyüyərək münaqişəyə çevrilə bilər. Belə qarşıdurma əhvalınızı korlamasın.

Axşam saatlarınızı yaxınlarınızla keçirin.

Buğa - maraqlı gündür. İndiyədək aşkarlamadığınız bacarıqlarınızı nümayiş etdirin və onlardan effektiv şəkildə yararlanın. Hisslərinizi ayrıd edin. Yaxın ətrafınızdakı insanlar barədə nə düşündüyünüzü konkretləşdirin.

Pis tanışlar və başabəla dostlardan qurtulun. Yeni əlaqələr, tanışlıqlar formalaşa bilər.

Günün ikinci yarısında maliyyə fonu stabil olacaq. Gəlirləriniz çox olmasa da, yetərlidir. Alış-verişdə çox pul xərcləməyin. Planlaşdırılmamış əyləncələrdən imtina edin.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - məsuliyyətli yanaşma tələb edən işlərdə uğura nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində izafi diqqət tələb edən işlər var. Bütün diqqətinizi bu işlərə yönəldin. Rəqibləri üstələrəyək ciddi uğur qazanmaq, məqsədlərə çatmaq olar.

Böyük kommersiya potensialına malik ideyalar yarana bilər.

Günün ikinci yarısında emosional fon stabil deyil. Şəxsi münasibətlərdə çətinliklər istisna deyil. Sevdiyiniz insanla təmaslarda soyuqluq yaratmayın. Fəaliyyət azadlığına ehtiyacınız var. Yaxınlarınızın himayəsinin ifrata varması sizi qıcıqlandıracaq.

Xərçəng- qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, mümkündür. Qətiyyətli və iradəli olun, yolunuzdakı maneələri aradan qaldırın. Dürüst qərarlar vermək asan olmayacaq. Problemdən çıxış yolu tapmaq üçün baş sındırmalı olacaqsınız

İndiyədək sizə dəfələrlə yardım vəd etmiş şəxs sizi aldada bilər. Yalnız öz qüvvənizə bel bağlayın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səmimi və aktiv olun. Ailə problemlərini qulaqardına vurmayın. Belə olarsa, çoxlu pozitiv emosiyalar alacaqsınız. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil.

Ehtiyatlı olun.

Şir - günün ilk yarısı uğurlu olacaq. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Rəğbət bəslədiyiniz insanla normal münasibətlər qurun. Yeni tanışlıq maraqlı və effektiv ola bilər.

Aktiv olun, səylərinizin effektiv sonuclanmasına səy göstərin.

Günün ikinci yarısında situasiya çətinləşəcək. Mürəkkəb zamandır, sayıq davranın. Bir qədər sonra vəziyyət daha da gərginləşə bilər. Emosional fon stabil deyil. Emosional olmayın. Əhvalınız sürətlə dəyişəcək.

Dəyər verdiyiniz insanların qədrini bilin.

Qız - sakit və rəvan gündür. Gerçəkdən də, maraqlı saydığınız işlərlə məşğul olun. Yeni maraqlar, ideyalar və hobbilər formalaşa bilər. Gəlir mənbələrinin sayını artırmaq imkanını əldən verməyin. Yeni nə isə öyrənə bilərsiniz.

Dəvət aldığınız tədbirə qatılmağı unutmayın.

Günün ikinci yarısında pozitiv emosiyalar istisna deyil. Yaxınlarınızla münasibətlərdə emosional olmayın. Qətiyyətli olun, lazım bildiyiniz qərarı qəbul edin. Yoxsa bir qədər sonra təəssüflənə bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Избранный
137
50
publika.az

10Источники