RU

Evdə yolumuzu gözləyən “ölüm mələyi”: Zəhərlənməmək üçün nə etməli?

Turşular, adətən, iki üsulla hazırlanır: Evdə və sənaye üsulu ilə. Mütəxəssislərin əksəriyyəti evdə hazırlanan turşuların əksinə sənaye üsulu ilə olanların daha təhlükəsiz olduğunu vurğulayır.

NOCOMMENT.az xəbər verir ki, Yenisabah.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da həmin fikri təsdiqləyərək, bildirib ki, zəhərlənmələrin böyük əksəriyyəti evdə hazırlanan turşuların payına düşür:

“Azad İstehlakçılar Birliyi 20 ildən çoxdur ki, Azərbaycanda olan qida mədəniyyətsizliyinə, evdə turşu hazırlamaq mədəniyyətsizliyinə son qoymaq üçün çalışır. Tədricən və qəfil zəhərlənmələrin əsas mənbəyi evdə hazırlanan turşulardır. Torpaq bütün gəlirlərin mənbəyi olduğu kimi, həm də təhlükəli bakteriyaların mənbəyidir. Azərbaycanda evdə turşu hazırlamaq mədəniyyətsizliyi çox ciddi bir problemdir. Uzun illər hətta bazarlarda da belə plastik qablarda turşuların satıldığını müşahidə etmişik. Qida Təhlükəsizliyi Agentliyi bunların qarşısını aldı. Təbii ki, bu, çox yaxşı haldır. Biz bunun qarşısını ala bilmədiyimiz üçün məcbur qalaraq, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən qrant aldıq və qərb rayonlarında ev təsərrüfatında turşu hazırlamaq üçün treyninqlər keçirdik. İnsan qrupları yaradıb təbliğat apardıq ki, evdə turşu hazırlamaq təhlükəlidir. Hazırlamaq istəyənlər üçün bunun daha zərərsiz üsullarına nəzər saldıq. Artıq həmin layihə başa çatmaq üzrədir. Sentyabr ayının sonunda yekunlaşacaq”.

E.Hüseynov qeyd edib ki, sənaye üsulunda hazırlanan turşulara üstünlük verilməlidir:

“Bu üsulla hazırlanan məhsullara çox ciddi nəzarət var. Həmin müəssisələrdən birində olmuşam. Yaşıl noxud konservləşdirilməsinə baxmışam. Deməli, məhsul konservləşdirildikdən sonra 1 ay saxlanılır. Daha sonra yenidən yoxlanılır. Uzun müddət satışa buraxılmır. Tam analizlər götürüldükdən sonra satış prosesinə start verilir. Hətta bütün məhsulları xüsusi rentgen cihazından keçirirlər. Əgər orada yad cisim aşkarlanarsa, tez həmin bankanı kənarlaşdırırlar. Bu cür müasir texnologiyalarla hazırlanan malların insan həyatı üçün heç bir zərəri olmur.

Turşu almaq istəyənlər seçimini sənaye üsulu ilə hazırlanan məhsullardan etsə daha yaxşı olar. Tövsiyəm bundan yanadır. Çünki bu cür qidaların heç bir təhlükəsi, riski yoxdur. Evdə hazırlanan turşulara çox sirkə qatılır ki, daha uzunömürlü olsun. Həm də dadı yaxşı alınsın. Ancaq bu, insan sağlamlığına ciddi təsir göstərir. Həmçinin yodlu duzdan istifadə etmirlər ki, ondan turşu hazırlanması doğru deyil. Bu isə tamamilə yalnış düşüncədir”.

Избранный
59
4
nocomment.az

5Источники