RU

Narinin qətli ilə bağlı səkkiz nəfər həbs olundu: Anası və qardaşı da var…

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı davam edir. İstintaq çərçivəsində Narinin anası Yüksel Güran və qardaşı Enes Güran da daxil olmaqla, 8 nəfər həbs edilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadə xəbər verir.
Məlumata görə, məhkəmə qarşısına çıxarılan Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran "Qəsdən adam öldürmə cinayətinə iştirak", əmisi oğlu Muhammet Kaya "Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək", əmisi oğlu Birsen Güran "Cinayətin dəlillərini yox etmək"', bibisi Maşallah Güran "Cinayət dəlillərini yox etmək, cinayətkarı gizlətmək", Narinin həbsdə olan əmisi Salim Güranın işçisi Mehmet Salim Atasoy "Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək", bibisinin əri Mehmet Şevket Kaya "Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək" və əmisi Fuat Güran "Cinayət dəlillərini yox etmək" ittihamı ilə həbs olunublar.
Избранный
256
42
oxu.az

10Источники