RU

"İran Ermənistan-Azərbaycan sülhünü istəmir" - Politoloq

"Ümumiyyətlə, İran Ermənistan-Azərbaycan sülhünü istəmir. Hər vəclə çalışır ki, sülh prosesi uzansın. Rusiya və Türkiyədən fərqli olaraq İran 30 il ərzində Cənubi Qafqazda hər hansı müttəfiq ölkə qazana bilməyib. Hətta strateji əməkdaşlıq etdiyi ölkə də yoxdur".

Bunu "Unikal"a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda Rusiya və Türkiyənin rolu artmaqdadır:

"Ukrayna müharibəsindən sonra Rusiyanın siyasi cəhətdən mövqeləri zəifləyir, iqtisadi cəhətdən artır. Türkiyənin isə potensial olaraq regionda mövqelərinin güclənməsini gözləyirik. Ona görə ki, Ermənistan Türkiyə sərhədi açılandan sonra Türkiyə bütün üç dövlətlə diplomatik və iqtisadi münasibətlərə sahib olacaq. Belə olan halda İran həm regiondan keçən strateji layihələrdən məhrum olur, eyni zamanda qəbul etmək məcburiyyətindədir ki, bu regionda Türkiyənin rolu hamıdan daha çox olacaq. 

Belə olan halda İran regional kommunikasiya layihələrinin həyata keçirilməsinin qarşısını alır və Zəngəzur dəhlizi söhbəti də məhz buna görə istifadə olunur ki, bu baş verməsin. Belə olan halda Ermənistan-Azərbaycan kommunikasiyaları açılmır. Azərbaycan və Türkiyə İranın şərtləri ilə məcbur olub hesablaşır. Çünki bu kommunikasiya xətti onların ərazisindən keçəcək. Yəni, İran bu addımları ilə Ermənistanın maraqları hesabına öz maraqlarını həyata keçirir".

Anar Kəlbiyev

Избранный
156
50
unikal.az

10Источники