İspaniyanın "Real" klubunun müdafiəçisi Dani Karvahal Madrid təmsilçisi ilə müqavilə müddətini uzatmaq istədiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
32 yaşlı futbolçu heç bir Avropa klubunda oynamaq istəmədiyini və rəhbərliyin də razılaşacağı təqdirdə müqavilə müddətini uzatmaq arzusunda olduğunu bildirib.
Qeyd edək ki, İspaniya yığmasının üzvü 2013-cü ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта