1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Yozqat vilayətinin Çekerek rayonunda maraqlı hadisə yaşanıb. Balıqçıların toruna balıq əvəzinə qoyun "düşüb".
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, sürüdən ayrılan qoyun yolunu azıb və sahibsiz itlərin hücumuna məruz qalıb. Qorxaraq qaçan qoyun Çekerek su bəndinə düşüb. Bu zaman ərazidə balıq tutan Ahmet İnan, Yasin Şahan və Mehmet Kalın adlı balıqçılar bəndin ortasında qoyunun üzdüyünü görüblər və dərhal onu xilas ediblər.
Xilas edilən qoyun balıqçılar tərəfindən sahibinə qaytarılıb.