RU

AB Putinə cavab verdi: Hədə heç nəyi dəyişməyəcək...

Rusiya ərazisinə Qərbin uzaqmənzilli raketlərindən istifadə ediləcəyi təqdirdə, Vladimir Putinin NATO və Avropa ölkələrini müharibəyə sürükləyəcəyi ilə bağlı hədələməsi AB-nin Ukraynaya dəstəyindəki mövqeyini dəyişməyəcək.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.

“Putin mütəmadi olaraq çoxlu yalan şərhlər verir. Fakt budur ki, o, Ukraynaya qarşı müharibəyə başlayıb. Təbii ki, Ukrayna xalqına qarşı bu qanunsuz təcavüzü davam etdirdikcə onun dediyi heç bir şey bizim mövqeyimizi dəyişməyəcək. AB Ukraynaya hərbi daxil olmaqla dəstəyi davam etdirəcək”, - Stano bildirib.

Избранный
150
1
axar.az

10Источники