RU

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın zənginləşdirilmiş uran ehtiyatından narahatdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri tərəfindən İranın iki nüvə obyektində uran hissəciklərinin izlərinin aşkar edilməsi təxribat əməliyyatı ilə bağlı ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
"İran bu obyektlərdə uran hissəciklərinin aşkar edilməsinin mümkün səbəbləri ilə bağlı izahat verib. Nəzərə alsaq ki, İran hələ də uran hissəciklərinin mövcudluğunun texniki səbəbini tapa bilməyib, yəqin ki, bu yerlərin çirklənməsi məsələn, təxribat və ya qəsdən ziyan vermə kimi xarici ünsürlərin səbəb olduğunu güman etmək məntiqlidir" , - İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Möhsün Nəziri Asl MAQATE-nin Rəhbərlər Şurasının iclasında bildirib.
Diplomat əlavə edib ki, Tehran MAQATE-nin 14 yeni müfəttişinin İslam Respublikasında akkreditasiyasına razılıq verib. 2024-cü ilin may ayından etibarən 130 nəfərin İranda işləməsinə icazə verilib.
Xatırladaq ki, iyunun 3-də MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İranın Vəramin və Türkuzabaddakı nüvə obyektlərində "antropogen mənşəli" uran izlərinin aşkarlanması ilə bağlı Tehrandan dəqiq izahatlar almayıb. Qrossinin bəyanatından sonra MAQATE-nin Rəhbərlər Şurası Britaniya, Almaniya və Fransa tərəfindən hazırlanmış qətnamə layihəsini qəbul edib. Bu qətnamədə Tehranı uran izlərinin mənşəyini izah etməyə çağırıb və agentlik müfəttişlərinin oraya buraxılmasını tələb edib. Rusiya və Çin qətnaməni siyasiləşdirilmiş adlandırıblar.
Избранный
80
28
oxu.az

10Источники