Yaponiyanın ən yaşlı kişisi Vakui Tomisaburo 110 yaşında dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 1913-cü il noyabrın 28-də anadan olan Vakui paytaxt Tokio yaxınlığındakı Atsugi şəhərində vəfat edib. Lakin onun ölümünün dəqiq vaxtı və səbəbi ailəvi məsələlərə görə açıqlanmır.
Qeyd edək ki, Vakuinin sələfləri olan Nakamura Şigeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada, Sonobe Gisaburo isə 2024-cü ilin martında 112 yaşında Çibada vəfat edib.
Xatırladaq ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 2024-cü ilin aprel ayında verdiyi açıqlamada Vakui Tomisaburonun "Yaponiyanın ən yaşlı kişisi" olduğunu elan edib.
Vakui müasir Yapon tarixində Taişo, Şova, Heisei və Reiva olmaqla dörd imperator dövründə yaşayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun