Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyət elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıbdır.Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.Əldə etdiyimiz məlumatlar görə, MMC Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova bağlıldır.“Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Bayramovla 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var.İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur.Niyazi Bayramovun başçılıq etdiyi Gəncə Şəhərində bu günə kimi heç bir yenilik etmiyibdir. Əksinə, Gəncə şəhərinin yollarının bərbad, yararsız asfalt, böyük küçələrində qanunsuz tikinti işlərinin, yolların və mərkəzi küçələrdə obyektlərin, yol kənarında Dönər köşklərinin yanamasına səbəb olan, rəsmi öz imzasınan sərəncam verən başçı, Gəncə şəhərini köhnə qəbrsanlığa döndəribdir.Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin xərclənməsi barədə məlumatımız vardır amma inanılmaz və şübhə doğuran milyonların doğru-düzgün xərclənməsi Hesablama Palatasından araşdırılması tələb olunur.Son illərdə N. Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının oğluna aid olduğu yayıldı.Lakin heç bir Dövlət qurumu araşdırma aparmadı ki, milyonlarla dəyəri olan bu maşınlar hansı maliyyə ilə əldə olunubdur. Hələ də mətbuata açıqlama verən yoxdur Dövlət qurumlarıda susur. Axı niyə?Bundan əlavə N.Bayramovun ailə üzvünə aid olan Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı.Sizə təqdim etdiyimiz 15 milyonluq tenderin, Niyazi Bayramovun İcra Hakimiyyətinin başçısı olduğu illərdə, Gəncə Şəhərinin təmirinə ayrılan milyonlarla maliyyənin araşdırılmasını, şübhə doğuran tenderlərin Hesablama Palatasından, Dövlət Təhlükəsizlik Xidmətindən, Baş Prokurorluqdan araşdırıb şübhəli hallar nəticədə açıqlansın.
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта