Gecə saatlarında növbətçi hava hücumundan müdafiə sistemləri Rusiya ərazisi üzərində Ukraynaya məxsus 29 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bryansk vilayəti üzərində 15, Kursk üzərində beş, Smolensk üzərində dörd, Oryol üzərində iki, Belqorod, Kaluqa və Rostov üzərində hərəyə bir PUA vurulub.
Sentyabrın 14-də Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında Kursk və Belqorod vilayətləri üzərində 19 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib. İdarənin məlumatına görə, 10 pilotsuz uçuş aparatı birinci rayonun hava məkanında, doqquzu isə ikincinin üstündəki səmada vurulub.
Həmin gün məlum olub ki, Ukrayna Silahlı Qüvvələri bir gündə Belqorod vilayətində 28 yaşayış məntəqəsini pilotsuz təyyarələrin köməyi ilə atəşə tutub, 2 nəfər yaralanıb.