Rusiyanın Rostov vilayətinin Aksay şəhərində tikinti materialları anbarında güclü yanğın olub.

Leqal.info yerli mediaya istinadən xəbər verir ki, külək nəticəsində yanğın fərdi yaşayış evlərinə keçib.

Sakinlər qeyd edib ki, güclü duman artıq Rostov-na-Dona çatıb. Ölənlər və zərərçəkənlərlə bağlı məlumat yoxdur.

Leqal.info