RU

Sumqayıtda məktəbi bit-birə basıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda məktəbdə bit-birələrinin olması ilə bağlı rəsmi açıqlama verilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan Reallığı"na bildirilib ki, ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də vacib şərtlərdəndir.

"Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır, bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir.

Hazırda 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb.

Son iki ay ərzində Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ümumilikdə 200-ə yaxın ümumi və məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb", - deyə qurumdan bildirilib.

Qeyd edilib ki, hansısa təhsil müəssisəsində yoluxucu xəstəlik və ya digər xüsusi hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir və sanitariya nəzarəti qurumlarının tələblərinə uyğun müvafiq tədbirlər görülür.

Избранный
120
13
hurriyyet.az

10Источники