RU

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur – İLK GÖRÜNTÜLƏR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda yeni dərs ili başlayır. Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.

 Tribunainfo.az xəbər verir ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

Musavat.com Şuşada ilk dərs günündən görüntüləri təqdim edir:

Избранный
83
29
tribunainfo.az

10Источники