RU

SON DƏQİQƏ! Ukrayna Belqorodu “Vampir”lə vurdu, Kurskda hərbi qərargah MƏHV EDİLDİ

Ukrayna Silahlı Qüvvələri Kurskda rus ordusunun hərbi qərargahını məhv edib.

Bu barədə "Telegram" kanallarında video yayılıb. Məlumata görə, hücum nəticəsində rus ordusunun xeyli sayda hərbçisi həlak olub və ya yaralanıb.

Ukrayna ordusu bu səhər Belqorod şəhərini “Vampir” reaktiv yaylım atəş sistemləri ilə atəşə tutub. Bu barədə Teleqram kanalları məlumat yayıb.

Zərbələr nəticəsində fərdi yaşayış evi və 15 avtomobil yanıb. “8 dinc sakin yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərlərinin isə orta ağırdır. Yaralıların hamısı xəstəxanadadır”, - məlumatda qeyd olunub. Bundan başqa, şəhərdəki 21 ədəd çoxmərtəbəli yaşayış binasına da ziyan dəyib, qaz xətti sıradan çıxıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Избранный
63
1
musavat.com

10Источники