Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.Cia.az Musavat.com-a istinadən xəbər verir ki, noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.
Məlumata görə, 11 və 12 noyabr qeyri-iş günü elan olunacaq. Bunun da səbəbi məhz həmin gün dünyanın bir çox dövlət başçlarının Bakıda olacağıdır. Bu böyük tədbirdə ümumilikdə 40 min iştirakçı gözlənilir. Onlardan da 4 mini media mənsubları olacaq. Beləliklə, şənbə və bazar günü ilə birlikdə 9-10-11-12 noyabr günlərində iş olmayacaq. Bu səbəbdən də bir çox Bakı sakinləri qısa tətilə çıxaraq, paytaxtı tərk edə biləcəklər. Təşkilatçıların da məqsədi zatən budur - COP 29 günlərində Bakı şəhəri mümkün boşalmış olsun. socar vakansiya
Onu da qeyd edək ki, Azərbaycanda 12 noyabr eyni zamanda Konstitusiya günüdür ki, həmin gün də ölkədə qeyri-iş günü olur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта