Prezidentliyə namizəd Donald Trampa sui-qəsd Kreml üçün deyil, Amerika kəşfiyyat xidmətləri üçün “baş ağrısı” olmalıdır.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov sui-qəsd cəhdi ilə bağlı məlumatı şərh edərkən deyib.
“ABŞ-dan gələn məlumatları yaxından izləyirik. İlk növbədə bu ABŞ kəşfiyyat xidmətləri üçün böyük narahatlıq və başağrısı olmalıdır”, -Peskov bildirib.
O ABŞ-da siyasi mübarizənin gücləndiyini qeyd edib: “Müxtəlif üsullar işə salınır. Biz bunu diqqətlə izləyirik, lakin biz buna heç vaxt qarışmamışıq və indi də qarışmırıq”.
Azpost.info