RU

Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"

Bu ilin iyul ayında Azərbaycan və Pakistan arasında imzalanmış tranzit və güzəştli ticarət haqqında saziş ticarət tərəfdaşlığının inkişafına yeni təkan verəcək.

“Report” xəbər verir ki, bunu Pakistanın Federal ticarət naziri Cavad Pol Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

“Hesab edirəm ki, bu sazişlər əməkdaşlığımızın tarixində əlamətdar məqamdır, onlar qardaş ölkələr arasında ticarət tərəfdaşlığının inkişafına əlavə təkan verəcək. Sazişlər bazarları ixracatçılar, idxalçılar, nəqliyyatçılar və investorlar üçün daha əlçatan edəcək. Bundan təkcə ölkələrimiz deyil, bütövlükdə region faydalanacaq”, - o vurğulayıb.

C.Polun sözlərinə görə, Azərbaycan və Pakistan ticarətin daha da inkişafı üçün əhəmiyyətli potensiala malikdir: “Bugünkü forum hər iki tərəfdən müxtəlif sektorlardan olan sahibkarları bir araya gətirmək üçün mühüm təşəbbüsdür”.

Nazir həmçinin əlavə edib ki, Pakistan Azərbaycan ilə çoxplanlı əməkdaşlığın inkişafına böyük önəm verir.

Избранный
9
34
sam.az

10Источники