RU

Stefan Sejurn sözünü verdi: Ermənistanı Rusiya təzyiqindən qoruyacaq..?

Fransa xarici işlər naziri Stefan Sejurn Ermənistanı Rusiya təzyiqindən qoruyacağına söz verdi. SİA-nın əldə etdiyi məlumata görə, o, İrəvan şəhərində sentyabrın 16-da keçirdiyi mətbuat konfransında Ermənistan və Fransa arasında ortaq dəyərlərə vurğu etdi və təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və açıq düşmənçiliyinə baxmayaraq Ermənistan xalqı və hökumətinə dəstəyi davam etdirəcəklərini bildirdi.

"Demokratik dəyərlərin müdafiəsi məsələsində köməyimizə hər zaman güvənə bilərsiniz" deyən Sejurn Fransanın bu dəyərlər üçün mübarizə aparan bütün ölkələrə yardım etdiyini qeyd edib.

Fransalı nazir həmçinin deyib: "Fransa hər zaman yanınızdadır. Fransada siyasi qüvvələrin razı olduğu çox az mövzu var. Ermənistan bu cür bir neçə mövzudan biridir".

Əvvəlki günlərdə Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan ilə Avropa İttifaqı arasındakı viza rejiminin yenidən nəzərdən keçirilməsi üzrə müzakirələrin başladığını bildirmişdi. Bu açıqlama Avropa Komissiyası Sədrinin müavini Marqaritis Şinas (Margaritis Schinas) ilə keçirilən görüşdə verilmişdi.

Nikol Paşinyan açıqlamasında bu ifadələrə yer vermişdi: "Əlaqələrimizdə görünən dəyişikliklərdən məmnunam. Viza azadlığı müzakirələri başlayır, Avropa Sülh Fondunun Ermənistan Respublikasını dəstəkləməsi qərarı verildi ki, bu qərar çox önəmlidir".

N. Paşinyan həmçinin, Ermənistanda Avropa İttifaqına mümkün üzvlük məsələsinin müzakirə edildiyini də vurğulamışdı. Paşinyana görə, bu məsələ inklüziv yanaşma tələb edir və Aİ tərəfdaşlarının fikirlərinin nəzərə alınmasını tələb edir.

Избранный
29
3
sesqazeti.az

4Источники