RU

Türkiyə kənd təsərrüfatı torpaqlarını 2 il müddətinə icarəyə verir

Türkiyə hökuməti aqrar sahədə istifadə olunmayan kənd təsərrüfatı torpaqlarını iki il müddətinə icarəyə vermək qərarına gəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi xəbər verir ki, kənd təsərrüfatı icarəsi üçün açıq olan torpaq sahələrinin ilk siyahısı 2024-cü il sentyabrın 30-da dərc olunacaq.

Nazirlikdə qeyd ediblər ki, qərar ölkənin kənd təsərrüfatı sahələrindən maksimum gəlir əldə etmək istəyi ilə şərtləndirilib.

"Siyahıya daxil edilmiş, fiziki şəxslərə və şirkətlərə məxsus olan sahələrdə növbəti il ərzində əkin həyata keçirilməsə, dövlət onları icarəyə vermək hüququ əldə edəcək", - deyə nazirlikdən bildiriblər. Bununla yanaşı, dövlət balansında olan ərazilər istisnadır.

İcarəyə verilən torpaq sahələrinin siyahısı nazirliyin özünün, eləcə də digər idarələrin məlumatları əsasında tərtib edilib. Peyk məlumatları da təhlil olunub.

Sənədə əsasən, torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qərara hər il yenidən baxılacaq. Müqavilə əkin dövrünün əvvəlindən məhsul yığımına qədər - sentyabrın 1-dən avqustun 30-dək qüvvədə olacaq.

İlk icarə müqavilələri artıq 2025-ci il oktyabrın 16-da bağlanacaq.

İcarədən əldə edilən vəsaitlər torpaq sahələrinin sahiblərinə köçürüləcək. Eyni zamanda, icarədarlar dövlətin kənd təsərrüfatı sahəsinə verdiyi bütün güzəştlərdən yararlana biləcəklər.

Избранный
51
6
sesqazeti.az

6Источники