RU

19 yaşlı belarus dövlətə xəyanətdə ittiham olunur

…Mogilev Vilayət Məhkəməsi 19 yaşlı Daniil Qarasimə qarşı cinayət işinə baxmağa başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Viasna" yazır. O, dövlətə xəyanətdə, silahlı münaqişədə iştirakda və odlu silahla bağlı qanunsuz hərəkətlərdə ittiham olunur.

Qeyd edək ki, Qarasim bu ilin aprelində saxlanılıb.

ONT dövlət telekanalının yaydığı məlumata görə, 19 yaşlı Daniil "Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq" ittihamı ilə saxlanılıb.

DTK əməkdaşları Qarasimi Vereytsy stansiyasında (Osipoviç rayonu) saxlayıblar. İddialara görə, guya o, tapşırığı yerinə yetirməyə hazırlaşırmış.

Əli Babayev

Избранный
8
1
sesqazeti.az

2Источники