RU

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Bakıda keçirilmiş Azərbaycan Qran-prisi təkcə maraqlı və gərgin mübarizə ilə deyil, həm də bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.

Aznews.az"F1news"a istinadən xəbər verir ki, təsnifat mərhələsində qalib gələn Şarl Lekler bu göstəricidə Mika Hakkinenlə bərabərləşərək, karyerasında 26-cı poul-pozisiyanın sahibi olub.

Bu, “Ferrari” komandasının Bakıda beşinci, Ş.Leklerin bu trekdə dördüncü və cari mövsümdə üçüncü pouludur.

Oskar Piastri karyerasında beşinci dəfə birinci sıradan start götürüb. Bu, “McLaren” komandasının Bakıda ilk "altılıq"da ilk startıdır.

Serxio Peresin dördüncü yeri tutması ona Mayami-2023-dən sonra ilk dəfə “Red Bull"dakı həmkarı Maks Ferstappeni qabaqlamağa imkan verib.

Azərbaycan Qran-prisinin qalibi olan avstraliyalı Oskar Piastri cari mövsümdə (Macarıstandan sonra) ikinci qələbəsini qazanıb. O, hər iki uğuru ikinci yerdən başladıqdan sonra əldə edib.

“McLaren” pilotları əvvəllər Bakıda heç vaxt finişə beşinci yerdən yuxarı çatmayıblar.

O.Piastri son yeddi yarışda (Avstriya Qran-prisi - Azərbaycan Qran-prisi) ən çox xal (135) qazanıb.

Piastri və dördüncü yeri tutan Lando Norris Bakıda 38 xal qazanıblar. "McLaren" komandası 2014-cü il Avstraliya Qran-prisindən bəri ilk dəfə Konstruktorlar Kubokunda liderliyə nail olub və “Red Bull Racing”in 55 Qran-pri və ya 847 gün davam edən liderliyi sona çatıb.

Избранный
14
7
aznews.az

8Источники