RU

Göygöldə əmioğulları bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

İki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilən şəxslər 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.

Bıçaqlan şəxslər əmioğullarıdır. Onları əmioğularından birinin qaynatası bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaları cəlb olunub.

Избранный
173
18
iqtisadiyyat.az

10Источники