“Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçün vasitəçilik imkanını səbirsizliklə gözləyir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Dayanıqlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləyirik. Tərəflər bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - M.Miller bildirib.