Məlumdur ki, İslamın vacib əməllərindən biri də həcc sayılır və hamının bir dəfə həccə getməyi "hiccətül-islam", yəni "İslamın varlığına sübut" mənasında qəbul edilmişdir. Deməli, Ərəbistan səhrasına gedib, Kəəbəni dövr etmək, şeytana daş atıb, iki dağ arasında qaçmaq və s. hərəkətlər İslam dininin varlığına sübutdur. Düşünmə qabiliyyətinə malik hər bir insan anlayır ki, bu tam cəfəngiyat və bütpərəstlikdən başqa bir şey deyildir. Ortaya belə bir sual çıxır. Bəs peyğəmbərin dövründə həcc nə mənada olmuşdur və necə yerinə yetirilirmişdir? Bu haqda ən geniş məlumat verən mənbələrdən biri də, məşhur mühəddis Buxarinin hədisləridir.Buxariyə görə, peyğəmbərimiz həcci - ihram geyimi geyərək, xüsusi vəziyyətdə həyata keçirərdi və bu İslamdan çox əvvəl "xima" adlanan ərazi ilə bağlı idi. Həcc zamanı ximanın Vasan (əsnab) sərhəd daşına qurban qanı tökülərdi. Peyğəmbər, ihrama bürünmə vaxtı ətirli yağdan istifadə edər, saçlarını kitrə ilə yapışdırardı. O dəvənin belinə qalxanda ihram vəziyyətinə girər və həcci - yük yəhərində həyata keçirərdi. Peyğəmbərimiz qurbanlıq heyvanları qovaraq, öz lazımi yerlərinə, yəni Məkkəyə çatmamış ihram vəziyyətindən çıxmazdı. O, zəvvarlara tapşırardı ki, Kəbəni dolanandan, əs-Səfa və əl-Mərva arasında qaçışdan və qurbanı yerinə çatdırdıqdan sonra saçlarını kəsdirsinlər və adi adam kimi yaşasınlar. Bundan sonra onlara, öz arvadları ilə münasibətə icazə verilirdi. Peyğəmbərimiz özü Meymunə ilə evlənəndə muxrim, yəni ihram vəziyyətində olmuş və o öz əlləri ilə çoxlu sayda durmuş dəvələri qurban gətirmişdi.Digər tərəfdən, həcc zamanı müxtəlif rituallar, məsələn qadına sahib olma - müvəqqəti nigah mənasında "muta", müəyyən gün ihram vəziyyətinə giriş "həcc ət-tamattu" və s. rəmzlərlə adlanırdı. Bütün bu rəmzlər həccin - sirli ritual olması deməkdir. Başqa sözlə, həcc - xüsusi məqsədlə keçirilən ritualların, avam, cahil insanlar üçün primitiv formaya salınmış təqliddir. Bu təqlidin əsl mahiyyətini anlamaq üçün mənbələri diqqətlə araşdırmaq lazımdır.Hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, ihram və ya muxrim adlanan vəziyyət - insanın xüsusi halı, ekstatik vəziyyətidir və qədimdə bu vəziyyət şamanın qamlama məqamı adlanırdı. Hədislərin birində, ihram geyib ətirlənmiş adamla bağlı peyğəmbərə sualın cavabı vəhylə əlaqələndirilir ki, bu zaman peyğəmbərin sifəti qızarmış və o xırıldamağa başlamışdı. Digər bir hədisdə peyğəmbərimiz - "Həqiqət mənim daxili vəziyyətimdir" deyir. Başqa sözlə, ihram və ya muxrim vəziyyəti insanın ekstatik vəziyyətidir və Buxari də, Quran da bu haqda - "siz mütləq haldan hala keçəcəksiniz" yazır. Bu o deməkdir ki, həcc prosesi - sufinin İlahla vəhdətə nail olması, yəni Haqqa qovuşması üçün getdiyi tərikə yolunun təqlididir. Sufizmdə həcc rəmzi də Haqq rəmzinin digər yazılış formasıdır. Belə çıxır ki, həcc ziyarəti - sufinin getdiyi tərikə yolunun Bəqa fazasında İlahla vəhdətə nail olub, Haqqa çevrilməsi prosesinin təqlididir. Məhz bu yolla Misirin ilk fironu (piri) sayılan Türk xanı İlahla vəhdətə nail olub, İlahdan göydə El, yəni El-İlah, Allah yaratmışdır və mən bu haqda - "İlahdan Allah yaratmış Türk bəgi kimdir?" adlı məqalədə yazmışam (sayt: https://firudin.blogspot.com/2024/03/ilahdan-allah-yaratms-turk-bgi-kimdir.html?m=1). Buradan isə belə nəticə çıxarmaq olar ki, həcc - Türk xanının İlahdan yaratdığı Allaha, yəni Haqqa çevrilməsinin təqlididir.Səyyahın, ihram vəziyyətinə girdiyi yer mikat adlanır ki, bu da "maq ata" deməkdir. İhram geymə, yəni ağ parçaya bürünmə, sufinin göydəki cənnətdə nura bürünməsi mənasındadır və bu haqda qədim Misir mətnlərində məlumatlar var. Yazılara görə o dünyada olanlar, orada ağ parçaya bürünmüş, ağ səndəl geymişlər. Oraya düşənlər, Dünya Sahələrinin əhatəsində olan gölün yanına "gedirlər" ki, orada böyük Allahlar "oturmuşlar" və onlar, özlərinin və ölənlərin həyat ağacından qidalandığı yeməyindən ora düşənlərə verirlər. Başqa sözlə, həcc - sufilərin "suluq" adlandırdığı ekstatik durumda səyahətin təqlididir. Bu səyahət sufi pillələrindən ibarətdir və hər dayanacaq burada mənzil adlanır. Məhşur sufi Bəhaullanın «Yeddi vadi» kitabına görə, ən son və ali məqam - Mahmud, yəni Məhəmməd peyğəmbərin məqamıdır və mətnlərdə o "Təriflənmiş mənzil" də adlanır. Quranda da xüsusi nəzərə çatdırılır ki, - "Bizim aramızda məlum məqamı olmayan heç kəs yoxdur". Bəhaullaya görə, "kim ki, göylə vəhdət səviyyəsinə qalxıb Kamil Həqiqət dənizinə yüksəlir, bu şəhərə pərəstiş edir – bu isə Allahda həyat pilləsidir, sirlərə agah olana ən son dayanacaq və sevənlərin son vətənidir". Buxarinin "Həcc" kitabına görə Məhəmməd peyğəmbərin dayandığı bu mənzil, elə Akilə vərəsəliklə çatmış, onun Məkkədəki müqəddəs evidir. Burada xüsusi qeyd etmək istərdim ki, sufi məntiqində Mahmud rəmzi - "Maq Muta", Məhəmməd rəmzi "Məqam Muta", Əhməd rəmzi isə "Hu-Muta" mənasını verir ki, buradakı Muta rəmzi qədim Misir mətnlərində Maat və Atum kimi qeyd olunur. Kosmik ölçülü Atum/Maat Allahını, Misir fironu sayılan Türk piri Amon, qamlama məqamında, Gel şəhərində İlahdan yaratmışdı. Sufizmdə Gel və ya Hel rəmzi Akil və İlah rəmzi ilə eyni mənalıdır ki, pir Amon məhz Gel şəhərində və ya İlahda Atum/Maat Allahını yaratmışdır. İlah, yəni ilkin materiya isə sufizmdə səhra, çöl kimi rəmzləndirilmişdir.Bütün bunlar o deməkdir ki, həcc prosesi bilavasitə qamlama (şamanlıq) vasitəsi ilə göylərə edilən səyahətin təqlididir. Mənbələrdə bu səyyahlar - “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlanır ki, burada “dağ və səhralarda dolaşan” deyəndə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə dolaşan midiyalılar, yəni tərikə yolunu gedən Türk seyid-bəgləri nəzərdə tutulmalıdır. Midiya rəmzi də sufizmdə Maat və Atum rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, həcc ritualı, Midiya pir-bəglərinin istədiyi vaxt gedə bildiyi suluq səyahətinin adi insanların da bir dəfə getməli olduğu ritualdır.Sufi məntiqində "qam" rəmzi ilə "maq" rəmzi eyni mənalıdır və bu o deməkdir ki, maq dedikdə - qamlama ilə məşğul olan şaman, yəni sufi nəzərdə tutulmalıdır. Mənbələrdəki xima adlanan ərazi də qamlama vasitəsilə yaradılmış qam ərazisidir və Kitabi Dədə Qorqudda bu ərazi - "qom qomlamam qoma yurdum" adlanır ki, bu da bu ərazinin qamlama vasitəsilə göydə yaradılması mənasındadır. Bu ərazini qazanmaq üçün tərikə yolunu gedən Türk, qurban ruhlarını ilkin materiya ilə qarışdırıb, ondan xima (qam) ərazisi yaratmışdır. Qurban ruhlarının İlahla qarışdırılmasına mən, "Значение звезды Давида на “языке птиц” царя Соломона" adlı məqalədə izah vermişəm (sayt:https://firudin.blogspot.com/2023/07/blog-post_10.html?m=1).Deməli, Məhəmməd peyğəmbərin həcc prosesi zamanı "qurbanlıq heyvanı özü ilə qovaraq aparması" deyəndə, qurbanlıq heyvanın ruhunun, peyğəmbərin ekstatik durumda sözləri və fikri ilə "aparılması" başa düşülməlidir. Belə çıxır ki, ihram vəziyyətinə girən peyğəmbər qurbanlıq heyvanın ruhunu fikri ilə idarə edir və onunla birlikdə ilkin materiyada "hərəkət" edib, Maat/Atum Allahını yaratmışdır. Qədim Misirin “Ölülər kitabın”da bu mənada bildirilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda, yəni Beytdə yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur.Bütün bunlardan çıxan nəticə odur ki, həcc - Allaha çevrilmiş pir Amonun getdiyi tərikə yolunun təqlididir. Bu təqlid ilkin materiyaya, yəni İlaha "sübut edir" ki, bu zəvvar elə pir Amondur və bundan sonra həmin zəvvar da İlahi qüdrətə sahib olub, cənnəti qazanır. Quranda bu cənnət - "təhlükədən uzaq bir ölkə" adlanır ki, bu ölkə İbrahim peyğəmbər üçün İlahi oddan yaradılmış və "sərin, zərərsiz ölkəyə" çevrilmişdir (Quran, 37:97, 21:69).Qurana görə həcc - Məkkədəki Bəkkə evinə ziyarətdir və bu ev insanlar üçün yaradılmış ilk binadır. Orada, insanlar üçün açıq nişanələr – İbrahim məqamı mövcuddur və ora daxil olan təhlükəsizlikdə olur. İnsanların Allah qarşısında borcu, ora üz tutmaq imkanında olan üçün o evə həcc ziyarətidir (Quran, 3:96,97). Başqa sözlə, Qurana görə də həcc - ekstatik durumda Məkkədəki evə, yəni cənnətə edilən səyahətdir.Quran yazır ki, İbrahim İsmaillə birlikdə beytin təməlini yüksəldəndə demişdi: "Ey Rəbbimiz! Bizdən qəbul et, axı sən həqiqətən eşidən və bilənsən. Bizi, Sənə itaət edən müsəlman et və nəslimizdən də sənə itaət edən cəmiyyət yarat və bizə ibadət edəcəymiz yeri göstər və tövbə edəndə Bizi şərəfləndir. Axı Sən tövbələri qəbul edən mərhəmətlisən" (Quran, 2:126-128). Bu o deməkdir ki, itaət etmə və ya müti olma - İbrahimlə İsmailin yaratdığı beytə düşmək üçün, dinin qayda qanunlarına riayət etmək mənasındadır. Məşhur sufi Mühiddin ibn Ərəbi, İslam dinini - El, yəni aləm, göydəki dünya adlandırır və bildirir ki, Allah bu dinə, yəni Ədn cənnətinə düşməyin qanununu hazırlamışdır. Kim bu qanuna tabe olsa, yazılanlara itaət etsə, məhz o cənnətə düşəcəkdir. Ərəbi yazır: "Böyük Allah dedi: Bu dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün" - yəni Ona tabe olaraq. Cünki, Allahda olan bu din – İslamdır, yəni daha dəqiq, tabe olmaq kimi məlumdur və tanışdır. Beləliklə, bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur" (Mühiddin ibn Ərəbi, "Füsus-ül Hikəm", böl.8). Başqa sözlə, İslam dini - Allahın cənnətə düşmək üçün yaratdığı qayda qanunlara tabe, müti olub, itaət etməkdir. Buna görə qədim Misirdə və İsmailiyə fəlsəfəsində göydəki cənnət - Duat, yəni itaət edənlərin cənnəti adlanır. Misirin "Ölülər kitabı" da bu mənada "Am-Duat", yəni "itaət edənlərin Duat cənnətində olanlar" mənasındadır. Müti rəmzi isə qədim Misirdəki Maat və Atum rəmzidir ki, bu da Gel şəhərində yaradılmış Atum Allahı və onun daxilindəki Maat qayda-qanunu deməkdir. Mətnlərə görə Amon-Ra Allahının da həyatı Maat üzərində qurulmuşdur. Yəni onun mövcudluğu, günəş kimi çıxması və batması - vahid, dəyişməz və keçilməyənin ilkin materiyanın qanunlarına müti olması ilə bağlıdır. Mənbələrdə Maat - haqq məhkəməsinin rəmzi sayılır. Belə ki, əgər insan "ürəyində Maatla" yaşamışdırsa, yəni Allahın qoyduğu qayda-qanuna müti olubsa, deməli günahsız və pakdır və o yenidən dirilib, Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır. Hesab olunurdu ki, insanlar "Maatın hesabına, Maatda və Maat üçün" yaşayırlar. Maat imarəti, yəni cənnət evi isə mənbələrdə "İki həqiqətin imarəti" adlanır. Məhəmməd rəmzinin də sufi məntiqində "Maq-Maat", "Məqam-Maat" mənasında olmasını nəzərə alsaq, anlayaraq ki, peyğəmbərimizin obrazı - kosmik Atum Allahının obrazıdır. Qədim mənbələrdə Atum rəmzi Adəm kimi qeyd olunur ki, Mühiddin ibn Ərəbi Adəmi - Haqq, yəni Allah adlandırır. Həcclə bağlı tamattu rəmzi də sufi məntiqində Atum-Duat, yəni Atum Allahının daxilindəki Duat ölüm şahlığı mənasındadır.Bütün bu yazılanlardan çıxan nəticə odur ki, həcc - sufi pirlərinin (səfa dilini bilən fironların) Beytullaha, yəni cənnətə ekstatik durumda etdikləri səyahətin təqlididir. Həccin - "hiccətül-islam", yəni "İslamın varlığına sübut" olması da, zəvvarın göydəki cənnəti ekstatik durumda "görüb", Allaha inanması deməkdir. Tövratda islam rəmzi səlim və sulam rəmzləri ilə eyni samitlərlə yazılır ki, bu da göydəki Səlim şəhəri və ora aparan Yaqub pilləkəni mənasındadır. Başqa sözlə, "hiccətül-islam", yəni "İslamın varlığına sübut" - zəvvarın ekstatik durumda sufi pillələrini qalxması və İslam/Səlim cənnətini ekstatik durumda görməsi anlamındadır.Bütün bunlar, müəllifi olduğum Batini-Quran kitabında tam elmi izahı ilə, yəni rəmzlərin sufi məntiqində izahı, fakt və təkzibolunmaz mənbələrə istinad ilə verilmişdir. Sufi məntiqində bütün qədim yazılar, o cümlədən Tövrat, Quran, İncil və s. müqəddəs kitablar adi insan üçün dərkolunmaz rəmzlər toplusudur. Bu dünyada bunlara elmi məntiqi izah verən yeganə kitab isə Batini-Quran kitabıdır. Bu kitab qədim müdriklərin elm aləminə açılan yeganə qapıdır. Bu qapıdan keçmədən heç kim İlahı, Allahı və onun yaratdıqlarının sirlərini dərk edə bilməz.Firudin Gilar BəgSufi-batin alimi
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта