Bakı. Trend:
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Tekirdağ limanı15 milyon 447 min 112 ton yük qəbul edib.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyəbayrağı altında üzən 713 min 93 ton yük, digər ölkələrin bayraqlarıaltında üzən gəmilərlə isə 14 milyon 734 min 19 ton yükdaşınıb.
2024-cü ilin yanvar-avqust aylarında Tekirdağ limanından 12milyon 162 min 183 ton tranzit yük aşırılıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarınınyük dövriyyərisi 31 milyon 474 min 554 ton olub. Bu dövr ərzində dəTürkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2milyon 578 min 844 ton təşkil edib.
“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərləyük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyənazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarındatransit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkiledib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqustaylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbuledib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarındaTürkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yükdaşınıb.
Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40min 846 gəmi qəbul edib.
Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altındaqəbul edilən gəmilərin sayı 3 min 535, Türkiyə bayrağı altındaqəbul edilən gəmilərin sayı isə 2 min 331 olub.