RU

"Yalnız nüfuzlu prezidentlər sui-qəsd cəhdləri ilə üzləşirlər" - Tramp

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, yalnız ardıcıl və nüfuzlu prezidentlər təhdid və sui-qəsd cəhdləri ilə üzləşirlər.

"Unikal" xəbər verir ki,  "Fox News" telekanalı onun sözlərini Miçiqanda keçirilən seçki kampaniyasından sitat gətirib.

"Görəsən, məni niyə vurdular? Bilirsiniz, ancaq güclü prezidentlər güllələnir", - Tramp ifadə edib. 

O, həmçinin ABŞ prezidenti olmağı təhlükəli iş adlandırıb.

Gülayə Mecid 

Избранный
8
24
unikal.az

10Источники