RU

Azərbaycanda akkreditə olunmuş diplomatlar Kəlbəcərdə - FOTO - VİDEO

Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri edib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

Day.Az xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. 

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
Избранный
72
16
day.az

10Источники