RU

Antiterror əməliyyatı



2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi nəticəsində Azərbaycan müzəffər Azərbaycan Ordusu erməni işğalı altında olan əraziləri azad etdi. İki ölkə arasında hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. Lakin müharibədən sonra da Ermənistan tərəfi suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının istismarı, həmçinin ekoloji normalara əməl edilməməsi və qanunsuz şəkildə təbii sərvətlərin Ermənistana daşınması cəmiyyətdə ciddi narazılığa səbəb olmuş, bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirməsi ilə nəticələnmişdir.
Erməni silahlı qüvvələrinin növbəti iğtişaşı 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətmələri oldu. Əvvəlcədən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Erməni separatçıları 23 saat 43 dəqiqə ərzində davam edən əməliyyat zamanı ağ bayraq qaldırmağa məcbur oldular və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Rusiya sülhməramlı kontingenti vasitəsilə əldə olunan razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idi.
Bir günlük davam edən antiterror tədbirlərindən sonra Yevlax şəhərində rus rəsmilərinin vasitəçiliyi ilə erməni icmasının nümayəndələri ilə görüş baş tutdu. Gürüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır. Beləliklə Azərbaycan ərazisində qanunsuz şəkildə yerləşən Ermənistan ordusu Azərbaycan ərazisini tərk-silah edilərək tərk edirdi. Qarabağda qeyri-qanuni separatçı rejim ləğv edildi. Antiterror əməliyyatı ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Növrəstə Quliyeva
YAP Zəngilan rayon təşkilatının fəalı



Избранный
11
aia.az

1Источники