RU

Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi "2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama"ya istinadən xəbər verir.
Məlumata görə, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.3% artaraq 1 002 manat təşkil edib.
Избранный
162
50
oxu.az

10Источники