2025-ci ildə Azərbaycanda əhalinin nominal xərclərinin 86,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilib.
Məlumata görə, ölkədə əhalinin xərcləri 2026-cı ildə 93,3 milyard manata, 2027-ci ildə 100,4 milyard manata, 2028-ci ildə isə 107,9 milyard manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.
© Report