RU

Uzun illər Azərbaycanda oynayan əcnəbi futbolçu məhkəməyə verildi - Külli miqdarda borc...

Uzun illər Azərbaycanda oynamış əcnəbi futbolçunun vergi orqanlarına borcu yaranıb. Malidən olan yarımmüdafiəçi Sadio Tounkaranın külli miqdarda vergi borcu var. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən Sadio Tounkara barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət verilib. Məhkəmədə Sadio Tounkara barəsində "Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia qaldırıb. İşə 26.09.2024-cü ildə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Sadio Tounkara 2011-ci ildə Malinin "Janne d'Arc" klubundan "Xəzər Lənkəran"a keçib. 2016-cı ilə ölkəmizi tərk edən yarımmüdafiəçi bir müddət Cənubi Kiprin "Enosis" klubunda çıxış edib və Azərbaycana qayıdaraq AZAL-la müqavilə bağlayıb. Sadio 2017-2019-cu illərdə "Zirə", 2021-2022-ci illərdə "Şamaxı"da çıxış edib. Onun son klubu məhz Şamaxı təmsilçisi olub.Tounkara 2013-cü ildə "Xəzər Lənkəran"la Azərbaycan Super Kubokunun qalibi olub.Rubrika.Az





Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
2
rublika.az

3Источники