RU

Vergidən şikayətlər 20 faiz azalıb

2024-cü ilin avqust ayı ərzində vergi orqanlarına ümumilikdə 45.947 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 83,9 faizinin baxılması avqust ayı ərzində başa çatdırılıb, 16,1 faizi isə hazırda icradadır.

Baxılmış müraciətlərdən 39,6 faizi həll olunub, 59,5 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Avqust ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 1.251 olub.

Həll edilmiş şikayətlərin 68,9 faizi kameral vergi yoxlamaları, 6,3 faizi şəxsi hesab vərəqələri, 4,7 faizi riskli vergi ödəyiciləri, 3,9 faizi vergi borcu, 2,4 faizi vergi ödəyicisinin qeydiyyatı, 2,4 vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi vergi mükəlləfiyyətləri, 9,8 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib.

Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

"Cebheinfo.az"

Избранный
79
9
cebheinfo.az

10Источники