RU

Bu rayonlarda təbiət hadisəsi nəticəsində zərər dəymiş evlər təmir olunacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi rayonlarında bu ilin iyun ayında baş vermiş təbiət hadisəsi nəticəsində evlərə dəymiş zərərin aradan qaldırılması istiqamətində işlərə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı tender elan edib.

Tenderə əsasən, Ağstafa, Gəncə, Yevlax, Goranboy, Mingəçevir, Qazax, Göygöl, Daşkəsən, Tovuz və Samux rayonlarında 18-20-21 iyun 2024-cü il tarixlərində baş vermiş təbiət hadisələri (güclü küləklər və qasırğa) nəticəsində ziyan dəymiş zərərçəkmişlərə yardım üçün tikinti materialları (taxta) alınır.

Избранный
21
1
iqtisadiyyat.az

2Источники