Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini 3 ay daha uzadıb.Bu barədə "İnterfaks” məlumat yayıb.
Məhkəmə istintaqın vəsatətini təmin edib və İvanovun, eləcə də onun şərik olduğu iddia edilən biznesmen və "Voljski Bereg” şirkətinin direktoru Sergey Borodinin həbs müddətini dekabrın 23-dək uzadıb.
Timur İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmiş,iyun ayında isə həbs müddəti 3 ay daha uzadılmışdı.
www.anews.az