RU

Astarada maşın 100 metr hündürlükdən dərəyə aşıb, ölən və xəsarət alan var

Astarada yol nəqliyyat hadisəsi baş verib.Hadisə Astara rayonunun Motlayataq kənd vahidliyinə daxil olan Üləsi adlanan ərazidə qeydə alınıb. Minik avtomobili hərəkətdə olarkən, avtomobil 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dağlıq ərazidə baş verib. Şahin Şiriyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə bədən xəsarətləri alıb. Araşdırma aparılır.

Избранный
30
14
asiya.az

10Источники