RU

Venesuela məhkəməsi Argentina Prezidentinin həbsinə order verdi


Venesuela məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinin müsadirə edilməsi işi üzrə Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela Ali Məhkəməsi məlumat yayıb.
“Karakas Birinci İnstansiya Məhkəməsi, Baş Prokurorluğun sentyabrın 18-də verdiyi sorğu ilə əlaqədar vəsatəti təmin etmək qərarına gəlib”, - Ali Məhkəmə bildirib.
Sentyabrın 19-da Venesuelanın baş prokuroru Tarek Uilyam Saab bildirib ki, onun rəhbərlik etdiyi idarə Xavyer Miley, onun bacısı və Prezident Aparatının baş katibi Karina Miley, eləcə də Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin saxlanması üçün order tələb edib. Venesuela Baş Prokurorunun sözlərinə görə, onlar xüsusilə “ağır oğurluq”da ittiham olunurlar.
Qeyd edək ki, 2022-ci ilin iyununda məhkəmə 5 İran və 14 Venesuela vətəndaşının daxil olduğu təyyarənin ekipajına ölkədən çıxmağı qadağan etdiyi üçün “Emtrasur” təyyarəsi Buenos Ayresdən havaya qalxa bilməyib. Məhdudlaşdırıcı tədbir onların terrorçularla əlaqələrinin yoxlanılması ilə əlaqədar olub. Onların hamısı sonradan sərbəst buraxılıb.
Təyyarə və ekipajın saxlanılmasından sonra ABŞ Ədliyyə Nazirliyi Argentina hakimiyyət orqanlarından ABŞ sanksiyaları altında olan İranın “Mahan Air” aviaşirkətindən alınan “Emtrasur” təyyarəsini ələ keçirməyi xahiş edib. Yanvarın əvvəlində Argentina məhkəməsi ABŞ Ədliyyə Nazirliyinin təyyarənin təhvil verilməsi tələbini təmin edib və fevralın 12-də o, sonradan utilizasiya üçün Floridaya təhvil verilib.
Избранный
42
8
yeniavaz.com

10Источники