RU

Narinin ölümü haqda dəhşətli faktlar: “Boynuna təzyiq edilib, sol ayağını isə…” 

 Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Referans.az oxu.az-a istinadən bildirir ki, Narinin ölümü ilə bağlı Ədliyyə Tibb Qurumunun hesabatı tamamlanıb. Uşağın hansı tarixdə və necə öldürüldüyü məlum olub.

Hesabata görə, Narin ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.

Hesabatda mövcud məlumatlar əsasında uşağın cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmənin aparılmasının mümkün olmadığı qeyd edilib.

Həmçinin ayağının sol dizindən aşağı qopmasına səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.

“Uşağın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigen çatışmazlığı səbəbindən baş verdiyi yekdilliklə təsdiqlənib”, – deyə hesabatda bildirilib.

Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərinin araşdırılması isə davam edir və bu barədə tibbi rəyin sentyabrın 21-də açıqlanması gözlənilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
12
referans.az

10Источники