RU

“Bizi uşaq evində döyürlər, quru çörək verirlər...” - Video

Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib.

O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar:

“Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir”.

Ramal bütün bunlara dözməyərək qaçdığını, uşaq evinə qayıtmağa da qorxduğunu deyib.

Sadalananlarla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, artıq bununla bağlı araşdırmalara başlanılıb:

“Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır”.



Xəbər 5 dəfə oxunub.
Избранный
105
23
xezernews.az

10Источники