Çoxuşaqlı qadın 12-ci uşağı dəqiqələr içində dünyaya gətirdi.
Bakupost.az xəbər verir ki, 36 yaşlı Santk-Peterburqlu Aleksandra Fedorova 10 saylı şəhər xəstəxanasına daxil olduqdan 7 dəqiqə sonra oğlan uşağı dünyaya gətirib.
Uşaq tamam sağlam və 4.500 qram çəkidədir.
Qadın uşaqlıqdan böyük və çox uşaqlı ailə arzuladığını bildirib.
Həkimlər Aleksandranın bu xəstəxanada 7-ci doğuşunun olduğunu bildiriblər.
12 uşağın hamısı təbii yolla dünyaya gəlib.
Aygün Musayeva
BakuPost