RU

“Bunun sonu pis ola bilər” - Zaxarova İrəvanı hədələdi

Ermənistan Rusiya ilə siyasi dialoqu və qurumlararası əməkdaşlığı azaltmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib: “Sanki Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən dezinformasiyalar yayılır ki, guya KTMT Ermənistanı müdafiə etməyib və s. Bütün bunlar həqiqətə uyğun deyil, çünki biz dəfələrlə KTMT və Rusiyanın səyləri barədə ətraflı danışmışıq, Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük. Biz hesab edirik ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və həqiqətə uyğun gəlmir”.

O, qeyd edib ki, Ermənistan bu bəhanələrlə Rusiya ilə siyasi dialoqu azaltmağa başlayıb: “Onlar davamlı olaraq KTMT-də iştirakın dondurulmasından danışırlar və bunun əksinə olaraq Qərbə daha da yaxınlaşmağa başlayıblar. Burada müəyyən manipulyasiya var. İqtisadi göstəricilər bir şeydən xəbər verir: insanların, şirkətlərin və bizneslərin (Rusiya ilə) yaxınlaşmaqda, əlaqələri gücləndirməkdə marağı var, amma siyasi üstqurum nədənsə əksinə hərəkət edir. Bunun sonu pis ola bilər”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
6
azpolitika.info

7Источники